Bakı.Trend:
Xəzərin Azərbaycana aid sektorunda “Azəri-Çıraq-Günəşli”yataqlar blokunda yerləşən “Çıraq” platformasında avadanlığıntexniki qulluğunu aparmaq son dərəcə vacibdir.
Trend xəbərverir ki, IADC Drilling Caspian 2025 konfransı və sərgisində bp-ninqazma üzrə baş mühəndisi Məhəmməd Nağıyev bildirib.
Nağıyev vurğulayıb ki, istənilən başqa uzunmüddətli ofşorkonstruksiyalar kimi, avadanlığın saz vəziyyətdə saxlanılması sondərəcə vacibdir, xüsusilə söhbət keçiricilərdən gedirsə.
Onun sözlərinə görə, bu polad konstruksiyalar əhəmiyyətlərinəbaxmayaraq, korroziyaya qarşı həssasdır. İllər keçdikcəkonduktorların korroziyaya uğraması ilə bağlı narahatlıqlar daha daartıb.
"O komandamız korroziya səviyyəsinin qiymətləndirilməsi üçün birsıra sınaqlar və yoxlamalar aparıb, həmçinin, konduktorlarınbirində korroziya layını təmizləyib. Bu da problemin tammənzərəsini aşkara çıxarmağa imkan verib", - deyə o bildirib.
Onun sözlərinə görə, korroziya hətta daxili 20-düymlük qatda daaşkarlanıb və göstəricilər vəziyyətin daha da pisləşməkdə olduğunudeməyə əsas verirdi. Problem həllini tapmasaydı, korroziyayayılmağa davam edəcəkdi, bu isə təhlükəsizlik və istismarrisklərinə yol aça bilərdi.
Nağıyev bildirib ki, demontaj və bərpa işləri üçün həm bp, həmdə “Weatherford”un işçi resurslarının səfərbər olunacağı bir sistemhazırlanıb.
Qeyd edək ki, AÇG yatağında ilk neft “Çıraq” platformasından 7noyabr 1997-ci ildə hasil edilib.