AZ

Putin Roskosmosun rəhbərini vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Roskosmosun baş direktoru Yuri Borisovu vəzifəsindən azad edib...

Poliqon xəbər verir ki, müvafiq fərman Kremlin saytında dərc olunub...

Dövlət korporasiyasının yeni rəhbəri daha əvvəl nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış, eyni zamanda 2011-2019-cu illərdə “Qonets Satellite System” şirkətinə rəhbərlik etmiş Dmitri Bakanov təyin edilib.

Borisov 2022-ci ilin iyulunda dövlət kosmik korporasiyasının rəhbəri təyin edilib. Bundan əvvəl o, dörd ildən artıq Baş nazirin Müdafiə-Sənaye Kompleksi (MSK) üzrə müavini, hətta bundan əvvəl altı ilə yaxın müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Dövlət korporasiyasında Borisov dörd il Roskosmosa rəhbərlik edən Dmitri Roqozini əvəz etdi. Mənbələri bildiriblər ki, Borisovun mümkün istefası 2024-cü ilin payızından müzakirə edilir.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr