ABŞ prezidenti Donald Trampın administrasiyası virus xəstəliklərinin yayılması ilə mübarizə bəhanəsi ilə sığınacaq istəyən əcnəbilərin ölkəyə girişinə qadağa qoyulması imkanlarını araşdırır...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) nəşri yazıb.
Jurnalistlərin fikrincə, Amerika rəhbərliyi 42-ci bölməni yeniləmək istəyir. Bu düzəliş 2020-ci ilin martında qəbul edilib və COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qeyri-qanuni miqrantların deportasiyasını nəzərdə tuturdu.
Materialda qeyd edilir ki, indi ABŞ-da qızılca və vərəmin yayılması təhlükəsi sığınacaq axtaranların ölkədən çıxarılması üçün bəhanəyə çevrilə bilər.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti miqrasiya fonunda virus xəstəliklərinin yayılması ilə bağlı vəziyyəti izləmək üçün öz işçilərini cənub sərhədinə göndərmək niyyətindədir.
Eyni zamanda, hazırda Kanzas ştatında vərəm epidemiyası müşahidə edilir, Texas ştatında və bir sıra digər regionlarda qızılcaya yoluxma halları qeydə alınıb. Lakin məqalədə vurğulanır ki, bu hadisələrin əcnəbilərin axını ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Poliqon.info