Ajans.az xəbər verir ki, bu barədə The Sun məlumat yayıb.
Qadın klinik ölümündən üç gün sonra oyananda artıq ana olduğunu öyrənib. 30 yaşlı Nataşa Sokunbi hamiləliyinin 37-ci həftəsində döş qəfəsində ağrılar səbəbilə xəstəxanaya gedib. Öz növbəsini gözləyərkən qadın qəfil huşunu itirib: ürəyi dayanmışdı. Dərhal 30 həkim ona ürək-ağciyər reanimasiyası və eyni zamanda keysəriyyə əməliyyatı icra etməyə başlayıb. Həkimlər qızı xilas edərək vəziyyətini stabilləşdirmək üçün 3 gün süni komaya salıblar.
Sokunbinin özünün dediyi kimi, özünə gələndə və qarnında uşaq olmadığını anlayanda inanılmaz dəhşət yaşayıb. Qadın dərhal əri tərəfindən arxayınlaşıb. Məlum olub ki, klinik ölüm anında onun qızı dünyaya gəlib. Həkimlər yeni doğulmuş uşağı çıxararaq vəziyyətini normallaşdıra biliblər. Cütlük qızlarına Bo adını verib.
Sokunbi daha sonra onun genetik ürək xəstəliyi olduğunu və hamiləliyin böyük risk olduğunu bildiyini izah edib. Hamiləlik dövründə qadın mütəmadi olaraq kardioloqa baş çəkib və mümkün fəsadlardan xəbərsiz olub. Əməliyyatdan sonra yenidən yeriməyi öyrənməli olsa da, indi, iki aydan sonra, demək olar ki, tam sağalıb.