AZ

Sərgən Yalçının qardaşı dünyasını dəyişdi!

Türkiyə futbolunun tanınmış simalarından olan, ''Beşiktaş''ın baş məşqçisi qismində çempionluq sevinci yaşayan Sərgən Yalçının ailəsində ağır itki baş verib.

''Football-plus.az'' az xəbər verir ki, onun qardaşı Gürsoy bu gün səhər saatlarında dünyasını dəyişib. Sərgənin kiçik qardaşı olan 1977-ci il təvəllüdlü Gürsoy Yalçın son 2,5 ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son aylarda onun vəziyyətipisləşmiş və bir neçə dəfə reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Sərgən məhz qardaşının xəstəliyi üzündən dekabrdan bu yana ''Beşiktaş''ın iki dəfə təklifini geri çevirməli olmuşdu. İstanbul nəhəngləri, eləcə də Türkiyə Futbol Federasiyası Sərgənə başsağlığı mesajı yayınlayıb.

Qeyd edək ki, Gürsoy Yalçın da futbolçu olub. Amma 1996-cı ildə ''Beşiktaş'' başlayan və daha sonra ''Elazığspor'', ''Beykozspor'', ''Körfəzspor'', ''Pendikspor'' karyerasını 2001-də başa vurmuşdu. Karyerasını bitirdikdən sonra bir müddət skaut kimi də çalışmışdı.

ƏLİ

Seçilən
49
football-plus.az

1Mənbələr