AZ

Həftənin JESTİ - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə göndərib. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Bildirilib ki, Ərdoğan Suriya lideri və nümayəndə heyətinin Ankaraya gəlməsi üçün prezident təyyarələrindən birini ayırıb. “Şaraa Prezident Ərdoğanın jest olaraq Dəməşqə göndərdiyi prezident təyyarəsi ilə Ankaraya gəlib”, - nəşr yazıb.

 

Həftənin KÖRPƏSİ

İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib. Xocalı sakini, 1996-ci il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır. Ballıca kəndində dünyaya göz açan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. 

 

Həftənin QAYIDIŞI

“Qarabağ” sabiq futbolçusu Kadi Borxesin yenidən heyətinə qatıb. Braziliyalı vinger artıq Bakıdadır. Ağdam klubu bununla bağlı video yayıb. Qeyd edək ki, Kadi ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçmişdi. O, 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.

 

Həftənin ƏN YAXŞISI

Səudiyyə Ərbistanının “əl-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldo verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb. O, futbol tarixinin ən yaxşısı olduğunu bildirib: “925 qolla da karyeramı bitirsəm, heç önəmli deyil. Mən tarixin ən yaxşısıyam, nöqtə. 1000 qola çatsam, möhtəşəm olar. Amma olmasa da, problem deyil. Rəqəmlər yalan deməz. Heç bir çatışmazlığım yoxdur. Kimsə Peleni, Messini və ya Maradonanı seçə bilər. Bunu anlayıram və hörmət edirəm”. 

 

Həftənin MƏHKUMU

Ermənistanın paytaxı İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğu videonu yayan Qərib Babayan ötən gün saxlanılıb. O, nifrət təbliğ etməkdə ittiham olunub. Lakin məhkəmə erməni alimin həbsi ilə bağlı vəsatəti rədd edib. Babayanın saxlanılması eyni zamanda qısamüddətli etirazlara, yolun bağlanmasına da səbəb olub. Erməni mətbuatının digər məlumatında isə qeyd olunub ki, Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahid də saxlanılıb.

 

Həftənin İTKİSİ

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45 min nəfər itki verib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib. “İtkilərimizə gəlincə, dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45 min nəfər həlak olub və təxminən 390 minə yaxın insan yaralanıb”, – dövlət başçısı deyib. Bundan əlavə, Zelenskinin sözlərinə görə, 50-70 min nəfər itkin düşmüş hesab olunur.

Seçilən
48
hafta.az

1Mənbələr