![Qəzza](https://ulusum.az/uploads/posts/2025-02/969a741ab5_0557d718-e3d4-11ef-986e-02420a0000c9_1024.webp)
"ABŞ prezidenti Donald Trampın qaldırdığı Qəzza zolağının gələcəyi ilə bağlı məsələni fələstinlilər özləri həll etməlidir".“Ulusum”.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Abdulhakim Haciyev NEWS.ru"-a söyləyib. Onun fikrincə, bu məsələdə fələstinlilərin mövqeyi və beynəlxalq hüququn normaları əsas rol oynayır."Hesab edirəm ki, biz ilk növbədə ABŞ-ın müttəfiqi tərəfindən işğal olunmuş və bombalanmış xalqın nə istədiklərini soruşmalıyıq. Qəzzanın və Fələstinin bütün ərazisinin taleyi beynəlxalq hüququn mövcud mexanizmləri çərçivəsində fələstinlilərin özləri tərəfindən həll edilməlidir", - deyə deputat bildirib.O, həmçinin xatırladıb ki, fələstinlilərlə qonşu olan digər ərəb dövlətləri artıq Trampın eksklavın köçürülməsi təşəbbüsünə qarşı çıxıblar.Səidə
Diqqət Çəkənlər
İş saatlarında - Dəyişiklik
Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə
Sabah Azərbaycanda hava necə olacaq?