AZ

Zəlzələyə görə “Instagram” adasından kütləvi köç başlayıb

Bakı. Trend:

Egey dənizində yüksək seysmik aktivlik səngimək bilmir.Yunanıstanın Amorqos və “Instagram adası” kimi tanınan Santoriniadasında güclü yeraltı təkanlar və zəlzələ ötən gün də yerlisakinləri və turistləri təşvişdə saxlayıb.

Trend BBC-əistinadən xəbər verir ki, 2-3 gün ərzində davam edən zəlzələlərdənsonra Santorinini 11 mindən çox insan tərk edib.

Sonuncu güclü zəlzələ dünən yerli vaxtla 21:09-da yerin 5 kmdərinliyində qeydə alınıb və 5.2 bal gücündə olub.

Hələlik adada ciddi dağıntılar barədə xəbər olmasa da, yerli adarəhbərliyi ən pisinə hazırlaşır.

Əsas turizm hədəflərindən olan Santorini adasını hər ilmilyonlarla insan ziyarət edir, zəlzələ və yeraltı təkanlarbölgənin turizminə ağır zərbə vurub. Təxliyə olunanların çoxununelə xarici turistlər olduğu deyilir.

Təhlükəsizlik tədbiri olaraq Santorini və qonşu Anafi, Paros,Naksos və Mikonos adalarında məktəblər cümə gününə kimibağlanıb.

Məqalədə:
Seçilən
51
1
az.trend.az

2Mənbələr