AZ

İrəvan meriyasında aparılan həbslərin əsl səbəbi bilindi

Image

Məlum olduğu kimi, İrəvan meriyasında bir sıra həbslər həyata keçirilib. Erməni mediası aparılan həbslərin rüşvət işi ilə bağlı oldğunu yazır. Ermənistanın Antikorrupsiyaya Komitəsindən bildirilib ki, qurum tərəfindən araşdırılan cinayət işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilib. Saxlanılanlar şəhər meriyasının əməkdaşlarıdır.

Daha əvvəl meriyanın mətbuat katibi Ayk Kostanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt meriyasının bir neçə əməkdaşını saxlayıb. Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan isə deyib ki, işlə bağlı araşdırmalar aparılır.

Mətləb Salahov






Seçilən
18
3
baki-xeber.com

4Mənbələr