AZ

Şagirdin sinif yoldaşını bıçaqlaması ilə bağlı rəsmi AÇIQLAMA

Şagirdin sinif yoldaşını bıçaqlaması ilə bağlı rəsmi AÇIQLAMA

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən hadisə ilə bağlı verilən açıqlamada bildirilir ki, 4 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib: "Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır". İdarənin açıqlamasında o da qeyd edilir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Seçilən
65
14
afn.az

10Mənbələr