AZ

Arteta "Nyukasl"a uduzaraq mübarizəni dayandırmalarını belə şərh etdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/2 finalında "Nyukasl"a hər iki oyunda eyni hesabla uduzaraq (0:2, 0:2) mübarizəni dayandırmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football.London" belə çatdırıb:

"Ümidimiz çox idi. İnanırdıq ki, vəziyyəti xeyrimizə dəyişə bilərik. İlk hücumumuz qolla nəticələnsə də, saymadılar. İki real qol vəziyyətimizi dəyərləndirə bilmədiyimiz üçün oyunun axarı dəyişdi. Fiziki cəhətdən yorulduğumuz hiss edilirdi. Səbəbi çox sayda matç keçirməyimizdir. Psixoloji baxımdan da toparlanmaq asan deyildi. Nəticəni qəbul etməliyik. Əlbəttə, üzücüdür. Ancaq irəli baxmalıyıq".

Qeyd edək ki, "Nyukasl" turnirin finalında "Liverpul" - "Tottenhem" cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində "Tottenhem" 1:0 hesablı qələbə qazanıb.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr