AZ

Bu qapıçı 10 ildən sonra Türkiyəyə döndü

Türkiyə superliqasında çıxış edən ''Kasımpaşa'' heyətini qapıçı ilə gücləndirib.

''Football-plus.az'' xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli Sinan Bolatı transfer edib. 36 yaşlı əlcək sahibi son olaraq Belçika təmsilçisi ''Vesterlo''nun şərəfini qoruyurdu. ''Kasımpaşa'' bu qapıçının mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.

Beləliklə, Bolat təxminən 10 illik fasilədən sonra Türkiyəyə dönmüş oldu. O daha öncə 2013/14-də ''Kayserispor'', 2014/15-də ''Qalatasaray''ın şərəfini qorumuşdu. ''Cim-Bom''un heyətində keçirdiyi yeganə mövsümdə həm ölkə çempionluğunu, həm də ölkə kubokunu qazanmışdı. Həm Türkiyə, həm də Belçika vətəndaşlığına malik olan bu qapıçı karyerasının böyük hissəsini məhz Belçikada keçirib.

O, ''Qalatasaray''dan ayrıldıqdan sonra ''Brügge'', ''Portu'', ''Nasyonal'', ''Aroka'', ''Antverpen'', ''Gent'' və ''Vesterlo''da çıxış etmişdi. Türkiyə yığmasında isə Sinan Bolat indiyə qədər 12 oyunu keçirib. Amma 2022-dən bu yana yığmaya dəvət almayıb.

ƏLİ

Seçilən
1
football-plus.az

1Mənbələr