"Fənərbağça"da ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, Türkiyə Kubokunda "Erzurumspor"a qarşı oyun zamanı 3 futbolçu zədələnib.
Əvvəlcə Aleksander Ciku matçın 52-ci dəqiqəsində zədələnərək 55-ci dəqiqədə yerini yeni transfer Dieqo Karlosa verib. Braziliyalı cəmi 4 dəqiqə meydanda qala bilib. 59-cu dəqiqədə zədə alan braziliyalı Yusuf Akçiçek ilə əvəzlənib. Yusuf da 71-ci dəqiqədə rəqibi ilə mübarizə epizodunda xəsarət alaraq qarşılaşmaya davam edə bilməyib. Gənc oyunçunun yerinə Filip Kostiç meydana daxil olub.
Qeyd edək ki, görüş "sarı-lacivərtlilər"in 5-0 hesablı qələbəsi ilə başa çatıb.