Azercell özündən arxayın şəkildə özbaşnalığı ilə hüququn əsas prinsiplərini ayaq altına alır, abunəçilərə qarşı açıq soyğunçuluq və deyərdim ki, reketçilik edir. Yəqin ki, abunəçilər "Hormetli Abonent! Yuklediyiniz danisiq kartinin istifade muddeti 07/02/25 tarixinde bitir. Xidmetlerden istifade ucun danisiq karti yuklemeyiniz xahis olunur." mesajını alıblar.
Bu mesaj özlüyündə bütün mülki hüquq normalarına saymamazlıq ifadə edir. Əvvəla, Azərselin" danışıq kartı" adlandırdığı bizim pulumuzdur, şəxsi vəsaitimizdir. Azərselin bizim pulumuzu "danışıq kartı" adlandırmaqla diqqəti yayındırır və söhbətin bizim pulumuzdan getmədiyini göstərmək istəyir. İkincisi, vətəndaşın öz şəxsi pul vəsaitindən istifadəyə sərəncam verməklə, vətəndaşın öz vəsaitindən istifadəni məhdudlaşdırır, nəticə etibarı ilə vətəndaşın pulunu mənimsəyir. Yəni, vətəndaş öz pulumdan istifadə etmək üçün əlavə pul verməyə məcbur edilir və faktiki olaraq vətəndaşın pulu açıq soyğunçuluğa məruz qalır. Bu cinayət əməlidir.
Azərselin məntiqinə əsasən, əmək haqqının istifadə müttədi olmalıdır, avtomobilimizə tökdüyümüz yanacağı mütləq yandırmalıyıq, bazardan aldığımız ərzağı konkret müddətdə işləməliyik. Nə bilim, nəqliyyatda gediş haqqını ödəmək üçün Bakıkart-a yatırdığımız pulu bir həftəyə xərcləməliyik - əks halda kartakı pulumuz bloklanacaq və sair...
Mobil operatorların yarıtmaz fəaliyyəti, qiymətlərinin kosmik səviyyəsi, internetin tısbağa surəti, hesablardan əlavə pulların silinməsi, lazımsız xidmətlərdən istifadəyə məcburiyyət və sair bu kimi, heç bir normaya sığmayan əməllərinə nəzarət edən orqanların susqunluğu isə əlavə suallar ortaya çıxarır.
Əgər siz həqiqətən zəli kimi, abunəçilərin qanını sormursuzsa onda niyə mobil xidmət monopoliyası yaratmısız? Niyə xarici mobil aperatorlar bazara buraxılmır?
Bu qədər abunəçiyə hörmətsizlik olmaz, soyğunçuluq olmaz axı. Nə hüquqa hörmət nə insana, nə dinə-imana hörmət?
Pul həqiqətən sizin Allahınızdır?
Pul sizi xoşbəxt edə bilməz, bilin!
Vüqar Dadaşov