AZ

BAŞ NAZİR DÖVLƏT ÇEVRİLİŞİNDƏ İTTİHAM EDİLİR - İSTİNTAQ BAŞLANDI

Hurriyyet.az xəbər verir ki, Polşanın baş naziri Donald Tuska qarşı istintaq başlanıb. O, dövlət çevrilişi cəhdi ilə bağlı şübhəli şəxs hesab edilir.

Yerli "Wprost" nəşrinin yazdığına görə, bu barədə Polşanın Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovski məlumat verib.

Svençovski fevralın 5-də keçirdiyi mətbuat konfransında "Polşada dövlət çevrilişi baş verdiyini" bəyan edib. O, yanvarın 31-də Baş nazir Tuska, eləcə də parlamentin hər iki palatasının spikerlərinə, hakim koalisiyanın üzvlərinə və senatorlarına, nazirlərə, bir sıra hakim və prokurorlara qarşı  dövlət çevrilişi məsələsində “60 səhifəlik qanuni şübhəyə dair bildiriş”i imzalamaqla, istintaqın başlanmasının təşəbbüskarı olduğunu bildirib. 

Hakim deyib: "Konstitusiya Məhkəməsinin sədri olanda bildirdim ki, mənim qəti qənaətimə görə,  Polşa Respublikasının quruluşunu dəyişdirərək qanunsuz fəaliyyət göstərən qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə əlaqə və dialoq qurmağa çalışacağam. Dialoq üçün çalışdım. Təəssüf ki, bu baş vermədi".

Svençkovskinin bəyanatından sonra Tusk özünün X səhifəsində stolüstü tennis oynadığı bir video yayımlayıb. Kadr arxasında baş nazirə ona qarşı səslənən şübhələr barədə məlumat səslənir. Tusk isə oyuna davam edərək, gülə-gülə cavab verir: “Sakit ol. Burada ciddi işimiz var. Bununla sonra məşğul olacağıq”

Hürr Tərcüman

 

Seçilən
17
hurriyyet.az

1Mənbələr