"Real" İspaniya kubokunun 1/4 finalında 3:2 hesabı ilə "Leqanes"i məğlub edib. Oyun Leqanesdəki “Munisipal de Butarke” stadionunda baş tutub. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Birinci hissənin ortalarında madridlilər 2:0 qabaqda olub. Qolları Luka Modriç və Endrik vurub. Fasiləyə qədər meydan sahibləri bir qol vurub - Xuan Kruz penaltini qola çevirib. İkinci hissənin əvvəlində Kruz dubla imza ataraq hesabı bərabərləşdirib. Ən sonda, əlavə olunan 3-cü dəqiqədə Real Madridin məzunu 20 yaşlı Qonzalo Qarsiya qələbə qolunu vurub. “Real”ın Kral Kubokunun yarımfinaldakı rəqibi püşkatmanın nəticələrinə əsasən müəyyənləşəcək.