AZ

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Bakı. Trend:

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlimKoalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayıartmaqdadır.

Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalqtəşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannamənidəstəkləyir.

Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslamÖlkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və TəlimMərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiyaİnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu(DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME),Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, BeynəlxalqTicarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik MüəssisələrəDəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiyaİnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirməüzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadəediblər.

Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşılkeçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobalsəviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərinbirləşdirilməsi məqsədini daşıyır.

Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-nitəşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatınınyaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə“yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə köməketmək üçün məlumatlılığın və potensialın artırılması, yaşılmaliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqiöhdəliyini götürür.

Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlimdəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu birdaha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi vətərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

Seçilən
34
4
az.trend.az

5Mənbələr