AZ

Danimarka Ordusu “Leguan 2” mexanikləşdirilmiş körpülərini təhvil alıb

Danimarka Ordusu Almaniyanın “KNDS Deutschland” (əvvəki adı “Krauss-Maffei Wegmann”) şirkəti tərəfindən istehsal edilən “Leguan 2” mexanikləşdirilmiş körpülərini təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, təhvil alınan yeddi ədəd “Leguan 2” körpüsü Danimarka Ordusunun Mühəndis Alayının istismarına verilib.

“KNDS Deutschland” istehsalı “Leguan 2” mexanikləşdirilmiş körpüsü “Leopard 2” tankının şassisi üzərində quraşdırılıb. 14 və 26 metr uzunluğa malik bu körpü HYS 80-ə (hərbi yük sinifi 80 ton) qədər olan təkərli və tırtıllı texnikaların keçidini təmin edə bilər.

Seçilən
11
poliqon.az

1Mənbələr