ABŞ prezidenti Donald Tramp trans idmançıların qadın idman müsabiqələrinə buraxılmaması haqqında qərara imza atıb.

Offsideplus.az "NTV"yə istinadən xəbər verir ki, qərara əsasən trans idmançıların yarışmaya və qadın paltardəyişmə otağına buraxan təhsil ocaqlarına federal hökumət fondu verilməyəcək.

Qadın idmanına qarşı müharibəni bitirdiklərini ifadə edən Tramp, administrasiyasının “kişilərin qadın idmançıları bezdirməsinə icazə verməyəcəyəm” deyib.

"Biz bunun baş verməsinə heç vaxt icazə verməyəcəyik, bu, hazırda sona çatır," deyə Tramp əlavə edib.

Hüseyn Rəşadoğlu