AZ

ABŞ bu günə qədər Ukraynaya USAID vasitəsilə 35 milyard dollar verib


2022-ci ildən bəri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə USAID-in məlumatlarına istinadla “Defense One” informasiya portalı məlumat yayıb
Portal vurğulayır ki, qurum Ukraynaya birbaşa hərbi dəstək göstərmir və göstərə də bilməz, lakin bəzi Ukrayna tibb müəssisələrinin cəbhə xəttinə yaxınlığı mülki və hərbi səhiyyə sistemlərinin əhəmiyyətli dərəcədə üst-üstə düşməsi deməkdir.
Beləliklə, “Defense One” qeyd edir ki, USAID Ukraynanın mülki səhiyyə sistemini dəstəkləməklə hərbi əməliyyatların aparılmasını dolayısı ilə dəstəkləyir. Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Ukraynaya Amerika silahlarının və digər hərbi yardımların tədarükünün uçotunda mühüm rol oynayıb.
Nəşr qeyd edir ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri USAID Kiyevə 35 milyard dollarlıq yardım edib.
Nəşr həmçinin vurğulayır ki, agentlik Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.
Qeyd edək ki, fevralın 3-də ABŞ administrasiyası USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio təyin edilib.
Seçilən
73
50
yeniavaz.com

10Mənbələr