İran “Power of 1403” adlı irimiqyaslı hava hücumundan müdafiə təlimlərini başa çatdırıb.
Bu təlimlər zamanı Bavar-373 zenit-raket kompleksinin (SAM) modernləşdirilmiş versiyası uğurla sınaqdan keçirilib – ilk dəfə olaraq o, Rusiyanın S-300 sistemləri ilə birgə fəaliyyət göstərib.
İranın İRNA agentliyi xəbər verir ki, təlimlər Kəvir səhrasında keçirilib. Hava hücumundan müdafiə sistemi yüksək hündürlükdə simulyasiya edilmiş hava hədəflərini effektiv şəkildə vurub, həmçinin təlimlər zamanı ballistik və qanadlı raketlərə malik üç yeni yeraltı raket sistemi nümayiş etdirilib.
İranın Hava Hücumundan Müdafiə Komandanlığı bildirib ki, Rusiyanın S-300-ləri ilə birlikdə İranın Bavar-373 hava hücumundan müdafiə sistemi İran İslam Respublikasının çoxsəviyyəli raketdən müdafiə sisteminə inteqrasiya olunacaq – bu kombinasiya məhvetmə zonasını genişləndirməyə, hədəf aşkarlama dəqiqliyini artırmağa və elektron müharibə zamanı sistemin ehtiyat nüsxəsini təmin etməyə imkan verir.
//Samir Qurbanov, Editor.az