AZ

Azərbaycanlı UFC döyüşçüsü: Bütün dünyada çoxlu pərəstişkarım var

Bakı, 6 fevral, AZƏRTAC

"Mənə görə UFC şou-biznesdir. Şikayət etmirəm, çünki bütün dünyada çoxlu pərəstişkarım var".

AZƏRTAC xəbər verir ki, bu sözləri UFC-də çıxış edən azərbaycanlı döyüşçü Nazim Sadıqov xarici mətbuata açıqlamasında deyib.

Yüngül çəkidə çıxış edən idmançı Azərbaycanda və Rusiyada, eləcə də İngiltərədə fanatlarının olduğunu bildirib: "Bəzən azarkeşlər gecə yarısı mənə zəng edirlər. Məni çox yerdə sevirlər. Mən elə döyüşməyə çalışıram ki, azarkeşlər mənim görüşlərimi səbirsizliklə gözləsinlər".

Qeyd edək ki, Nazim Sadıqov fevralın 15-də "UFC Fight Night 251" turnirində braziliyalı İsmael Bonfimlə döyüşəcək.

Seçilən
37
1
azertag.az

2Mənbələr