AZ

Sənaye zonalarında indiyədək həyata keçirilən məhsul satışı açıqlandı - MƏBLƏĞ

2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib.

SİF aqroparkların yaradılmasına 142 milyon manat kredit ayırıb

FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Seymur Adıgözəlov çıxışında qeyd edib ki, "15,4 milyard manatlıq məhsul satışının 4,9 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür. 2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir". 

Seçilən
24
fed.az

1Mənbələr