AZ

Biləsuvarda ağır qəza: 5 nəfər xəsarət aldı - FOTO

Biləsuvarda ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.








Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
16
15
bizim.media

10Mənbələr