Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam, Xocalı, Xankəndi və Ağdərə rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirib. ANAMA-nın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta