Fransanın “Renn” klubunun norveçli mərkəz müdafiəçisi Leo Estiqor bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi 25 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
Leo Estiqor “Molde”nin yetirməsidir. “Vikinq”, “Brayton”, “Sankt Pauli”, “Koventri Siti”, “Stok Siti”, “Cenoa”, “Napoli” kimi klublarda da oynamış norveçli futbolçu “Renn”ə 2024-cü ilin yayında “Napoli”dən 7 milyon avro müqabilində keçmişdi. Onun Fransa klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.
Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Estiqor 2022-ci ilin martında debüt etdiyi əsas millidə 28 oyuna çıxıb, 1 qol vurub.
Leo Estiqoru heyətinə qatmış “Hoffenhaym” avstriyalı dayaq yarımmüdafiəçisi Florian Qriliçi də İspaniyanın “Valyadolid” klubuna icarəyə verib. La Liqa təmsilçisi 29 yaşlı futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
Florian Qriliç “Verder”in yetirməsidir. “Ayaks”da da oynamış futbolçu 2017-ci ildən “Hoffenhaym”da çıxış edir. Avstriyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2017-ci ilin martında debüt etdiyi əsas millidə 50 oyuna 1 qol vurub.
“Valyadolid”də də ayrılıq qeydə alınıb. Qriliçi heyətinə qatmış La Liqa təmsilçisi sağ cinah müdafiəçisi Lukas Rosanı “Ayaks”a satıb. İspaniya klubu bu satışdan 3 milyon avro qazanıb. 24 yaşlı braziliyalı futbolçu Niderland nəhəngi ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.
Peşəkar karyerasına “Yuventus”da başlamış Lukas Rosa 2021-ci ildən “Valyadolid”də çıxış edirdi. O, Braziliyanın U-17 yığmasında da çıxış edib.