"Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava hücumu həyata keçirib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlama yayıb.
Bildirilib ki, Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına PUA-lala zərbələr endirilib: "Vurulan bazada Ukrayana ərazisinə hücumlar həyata keçirən “Şahed” tipli PUA-lar saxlanılmaqla, onların hücuma hazırlanma prosesi aparılır".
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ