AZ

Gürcüstanın müxalifət dairələrində PARÇALANMA YAŞANIR

Gürcüstanın müxalifət dairələrində daha bir parçalanma yaşanır.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası yazır.

Müxalifət dairələri “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariyanın davranışından hiddətlənib.

Bir anda iki partiya – Lelo və UNM keçmiş baş nazirə qarşı ittihamlar irəli sürüb.

Birinci halda, bankir Mamauka Xazaradze (Lelo lideri) Qaxariyanı “partiyasına qarşı böhtan təbliğatı aparmaqda” ittiham edib. Qeyd olunur ki, “Gürcüstan naminə” partiyası Xazaradzenin partiyasını gözdən salan təhqiredici pankart asıb.

Öz növbəsində, Saakaşvilinin partiyası bütün “azadlıq döyüşçülərinin” parlamenti tərk etməsindən hiddətlənib. Giorgi Qaxariya isə dövlətdən maliyyə aldığı 12 mandatdan imtina etməyi belə düşünmür.

UNM siyasətçini kimin tərəfində olduğuna qərar verməyə çağırıb: qərbyönlü liberal müxalifət, yoxsa “Gürcü arzusu”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr