AZ

"Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın "Nissan Motor" avtomobil nəhəngi ölkənin digər avtomobil istehsalçısı "Honda Motor"la birləşmə danışıqları uğursuz olduqdan sonra ABŞ texnologiya sektorunda fəal şəkildə tərəfdaş axtarır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" xəbər yayıb.
Bildirilib ki, "Nissan", xüsusilə ABŞ şirkəti ilə əməkdaşlıqda maraqlıdır, çünki bu bazar konsern üçün əsas inkişaf istiqamətidir.
Qeyd edək ki, 2024-cü ilin sonunda, "Nissan" və "Honda" arasında potensial ittifaq haqqında elan edilmişdi, bu, analitiklər tərəfindən Çin elektromobil istehsalçılarının artan rəqabətinə cavab kimi qiymətləndirilirdi. Birləşmə uğurlu olsaydı, dünyada "Toyota" və "Volkswagen"dən sonra üçüncü ən böyük avtomobil korporasiyasının yaranmasına gətirib çıxara bilərdi. Bu addım elektromobil bazarının liderləri - ABŞ-nin "Tesla" və Çinin BYD şirkətləri ilə daha səmərəli rəqabət aparmaq üçün investisiyaları cəlb etməyə imkan verərdi.
Lakin "Honda" "Nissan"a özünün törəmə şirkəti olmağı təklif etdikdə iki şirkət arasındakı danışıqlar dalana dirənib. Bu təklif "Nissan"da son dərəcə mənfi reaksiyaya səbəb olub və faktiki olaraq gələcək əməkdaşlıq haqqında danışıqların dayandırılmasına gətirib çıxarıb.
Seçilən
22
50
oxu.az

10Mənbələr