AZ

Sənaye zonalarında bu il 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq

Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

"Ötən il sənaye parkları güzəştlər nəticəsində 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər"

FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Sədr öz çıxışında bildirib ki, "Bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır". 

Seçilən
27
fed.az

1Mənbələr