SÜD VERƏN HEYVANLAR ARASINDA 4 YOLUXMA QEYDƏ ALINIB
Süd verən inəklərdə quş qripinin 2-ci ştamını aşkar edib. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, ştam dekabrda başlayan ölkə üzrə süd yoxlaması zamanı aşkarlanıb.
Nazirliyin səhiyyə söbəsinin məlumatına görə, Nevadanın süd verən heyvanlarda quş qripi ilə bağlı 4 yoluxma halı qeydə alınıb. Çox sayda mal-qaranın bu virusa vəhşi quşlardan yoluxduğu güman edilir. ABŞ Kənd Təsərrüfatı Departamenti, bu ştamın digər ştatlardakı süd verən heyvanlarına yayılmaması üçün epidemiyanı tez bir zamanda qarşısını almağa çalışır.
Bundan əlavə, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, ABŞ-da təxminən 70 nəfər quş qripinə yoluxub, onların əksəriyyəti fermalarda işləyənlər olub. Quş qripi, həmçinin on milyonlarla yumurta verən toyuğun ölümünə səbəb olub və yumurtaların qiyməti rekord həddə bahalaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta