ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrikanın ağdərili fermerlərin torpaqlarını müsadirə etmək planlarından narazı qalaraq Pretoriya ilə Vaşinqton arasında gərginliyin artması fonunda G20 xarici işlər nazirlərinin Cənubi Afrikadakı görüşünə getməkdən imtina edib. Bu barədə “Reuters” məlumat yayıb.
G20 xarici işlər nazirlərinin görüşü fevralın 20-21-də Yohannesburqda baş tutacaq, çünki ilin sonuna qədər təşkilata sədrlik edən Cənubi Afrika Respublikasıdır.
ABŞ prezident administrasiyasının fikrincə, Cənubi Afrikada yeni torpaq qanunu torpaqların ədalətsiz şəkildə müsadirə edilməsi və əhalinin müəyyən qruplarına qarşı ədalətsiz rəftar deməkdir.
"Cənubi Afrika çox pis işlər görür. Şəxsi mülkiyyəti zorla müsadirə edir. G20-dən həmrəylik, bərabərlik və davamlı inkişafı təşviq etmək üçün istifadə. Başqa sözlə: DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) və iqlim dəyişikliyi", - Rubio bildirib.
Cənubi Afrika ölkədə torpaqların məcburi alınması ilə bağlı iddiaları rədd edib.
Donald Trampın siyasi müttəfiqi olan və Cənubi Afrikada anadan olan amerikalı milyarder İlon Mask da Cənubi Afrikanı tənqid edib.
Almaz Həsənli