![Mədə](https://ulusum.az/uploads/posts/2025-02/4f4ab17a57_istockphoto-2179402407-612x612.webp)
Mədə yanmasından əziyyət çəkən qəhvə sevərlərə tünd qovrulmuş və ikiqat fermentasiyalı növlərə üstünlük vermələri və qəhvəyə süd əlavə etməyi unutmamaları tövsiyə olunur. Bu barədə "Doktor Piter" portalı məlumat yayıb. Həmçinin mütəxəssislər mədə yanmasının qarşısını almaq üçün soyudulmuş qəhvə içməyi məsləhət görürlər.Mütəxəssislərin bildirdiyinə görə, qəhvə tərkibində çoxlu turşular olan bir içkidir. Mədənin də mühiti turşudur, buna görə isti qəhvə mədə yanmasını azaltmağa kömək etmir. Bundan əlavə, qəhvə mədə ilə qida borusu arasındakı klapanı zəiflədir, bu da içkinin yuxarı qida traktına keçməsinə və yanma hissinə səbəb olur.
Qəhvəyə süd əlavə etmək yaxşı tədbir ola bilər: bəzi süd zülalları xlorogen turşusu ilə birləşərək içkinin turşuluğunu azaldır. Bəzi tədqiqatlara görə, soyudulmuş və ya soyuq üsulla hazırlanmış qəhvə isti qəhvədən iki dəfə az turşuluq ehtiva edir.Səidə
Diqqət Çəkənlər
İş saatlarında - Dəyişiklik
Kinomuzun unudulmaz ikonası - Hamlet Xanızadə
İki ölkə arasında "minillik tərəfdaşlıq" iddiası