AZ

“Faytonçu Nazim” səhhətindən DANIŞDI

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

Belə ki, sənətçi küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb. Nəticədə müğənni müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl tibb müəssisələrdən birinə hospitalizasiya olunub. 

Müğənninin səhhəti ilə bağlı son məlumat almaq və hal-əhvalını öyrənmək üçün özü ilə əlaqə saxladıq.

“Faytonçu Nazim” “Cebheinfo.az”a açıqlamasında bildirib ki, getdikcə səhhəti yaxşılığa doğru dəyişir, yavaş-yavaş sağalır:

“Artıq məni reanimasiyadan palataya köçürüblər. Səhhətim yaxşılığa doğru gedir.

Düşünürəm ki, belə getsə bir həftə, ya da 10 günə evə buraxarlar”. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr