Fevralın 8 və 9-da Bakıda hava şəraiti kəskin dəyişəcək.
Ajans.az "pogoda.mail.ru"ya istinadən xəbər verir ki, bu günlərdə Bakıya qar yağacağı və temperaturun aşağı düşəcəyi gözlənilir.
Fevralın 8-də gündüz saatlarında havanın temperaturu +3 dərəcə olacaq. Axşama doğru isə yağışın qara çevriləcəyi proqnozlaşdırılır. Gecə saatlarında temperatur -3 dərəcəyə qədər enəcək.
Fevralın 9-da soyuq hava davam edəcək. Gündüz saatlarında temperatur +2 dərəcə olsa da, gecə saatlarında şaxta -4 dərəcəyə çatacaq.