Avstraliyada parasomniya xəstəsi olan qadın cinayətə görə cəza almayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrında 47 yaşlı İlknur Çalışkan 50 yaşlı ərinə bıçaqla hücum edərək onu öldürüb.
Qadın parasomniyadan əziyyət çəkdiyi üçün, vəkilləri onun günahsız olduğunu və cinayəti yuxuda törədə biləcəyini deyiblər.
2024-cü ilin aprelində Çalışkan parasomniya ilə bağlı elmi araşdırmalarda iştirak etmək üçün zaminə buraxılıb. 2024-cü ilin noyabrında araşdırmanın nəticələri prokurorluğa təqdim edilib.
2025-ci il fevralın 4-də keçirilən məhkəmə iclasında prokurorlar işə xitam verildiyini və ittihamların götürüldüyünü elan ediblər. Bu qərarın səbəbi açıqlanmayıb.