AZ

“Türklər özlərini iranlı saymırlar”- Bu sözlərə görə "Traxtur"un xorvatiyalı oyunçusu İqor Postunski sorğuya çağrıldı

Traxturun xorvatiyalı oyunçusu İqor Postunski Güney Azərbaycan və İrandakı türklərlə bağlı verdiyi müsahibəyə görə fevralın 8-də etik komitəyə çağırılıb.

İqor Postunski Traxtur-Persopolis oyunundan əvvəl "Traxtur" komandasının bir futbol komandasından daha artıq olmasına və İran coğrafiyasındakı bütün türklərin ona dəstək verməsinə diqqət çəkib.

Postunski müsahibəsində İrandakı türklər üçün Traxtorun türk mədəniyyətini və kimliyini təbliğ edən bir qurum olduğu qeyd edib.

“Türklər özlərini iranlı saymırlar” - deyə futbolçu müsahibəsində bildirib.

Bu müsahibə Postunskinin İran Etika Komitəsinə çağırılmasına səbəb olub.

Qeyd edək ki, Postunski təzyiqlərə baxmayaraq, müsahibə dərc olunandan sonra açıqlamalarını təkzib etməyib.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr