AZ

SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Bakı, 6 fevral, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəf Sloveniyanın “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR ilə “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
52
12
azertag.az

10Mənbələr