Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan İrəvanda Niderland Krallığının Ermənistandakı səfiri Marieke Monroy-Vinterlə görüşüb.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.
Bildirilib ki, Ruben Rubinyan Niderland ilə əlaqələrin inkişafını və parlamentlərarası əməkdaşlığın dərinləşməsini yüksək qiymətləndirib.
Vitse-spiker Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin zəruriliyini də vurğulayıb.
Qeyd olunub ki, bundan əlavə tərəflər regiondakı vəziyyəti və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini də müzakirə ediblər.
Daşqın HəsənovMissiya.Az