AZ

Nyu Yorkda 5 mərtəbəli yaşayış binasında yanğın olub

ABŞ-nin Nyu-York şəhərində 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-də Nyu York Yanğından Mühafizə İdarəsi (FDNY) açıqlama verib.
 
Nyu York Yanğınsöndürmə İdarəsi Harlemdə 5 mərtəbəli yaşayış binasında yerli vaxtla saat 22:00 radələrində başlayan yanğının videosunu sosial media hesabında paylaşıb.
 
Yanğının söndürülməsi üçün ərazidə 170-ə yaxın yanğınsöndürən və tibb işçisinin olduğu və hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.
 
Oksana

Seçilən
0
azxeber.com

1Mənbələr