AZ

ABŞ-ın şantajı bəhrə verdi: Bundan sonra gəmilər Panama kanalından...

ABŞ hökumətinə məxsus gəmilər bundan sonra Panama kanalından pulsuz keçə biləcəklər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Birləşmiş Ştatlar hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən keçə biləcəklər. Bu da hər il milyonlarla dollar qənaət deməkdir”, - bəyanatda deyilir.

ABŞ dövlət katibi Marko Rubio fevralın 2-də Panama prezidenti Xose Raul Mulino ilə görüşüb. Prezident kanalın yaxınlığında yerləşən və Çin şirkətlərinin idarə etdiyi limanlarda yoxlama aparılacağını açıqlayıb. Mulino həmçinin əmin edib ki, Panama hökuməti 2017-ci ildən Çinin “Bir Kəmər və Yol” təşəbbüsünə qoşulmaq barədə sazişi yeniləməyəcək.

Seçilən
4
publika.az

1Mənbələr