AZ

Neft qiymətləri ucuzlaşmaqda davam edəcək

Çinin ABŞ-yə qarşı gömrük rüsumlarını artırması Amerikanın neft ixracında azalmaya səbəb ola bilər. 

 

Sfera.az xəbər verir ki, belə bir proqnozu “Reuters” öz mənbələrinə istinadən açıqlayıb. ABŞ-nin neft ixracında azalma sonuncu dəfə COVID-19 pandemiyası dövründə müşahidə edilib. 

 

Xatırladaq ki, 2015-ci ilə qədər ABŞ-dən neft ixracı qadağan idi. Bu qadağa təxminən 40 il qüvvədə qalıb. 2015-ci ildə məhdudiyyətin aradan götürülməsindən sonra ABŞ-nin neft ixracı 10 dəfədən çox artıb. Hazırda ABŞ Səudiyyə Ərəbistanı və Rusiyadan sonra dünyanın üçüncü ən böyük neft ixrac edən ölkəsidir. ABŞ neft ixracını artırmaq hesabına OPEC+ razılaşmasının təsirlərini minimum endirə bilib. Yəni, bu razılaşmadan sonra dünyada neft qiymətləri gözlənildiyi kimi çox yüksəlmədi. 

 

ABŞ neftinin əsas alıcılarından biri Çindir. Son 3 ildə Çin Rusiya və İrandan ucuz neft idxal etdiyindən ABŞ-dan neft alışını bir qədər azaldıb. Ötən il Çin hər gün ABŞ-dən 166 min barel və ya ABŞ-ın bütün xam neft ixracının təxminən 5%-ni alıb.

 

Hazırda ABŞ hər gün 3,8 milyon barel neft satır. Əgər Çin ABŞ-dən neft alışını bir qədər də azaldarsa Rusiya və İrandan ixracı daha da artıracaq. Bu halda dünyada neft qiymətlərində bir qədər də azalma baş verə bilər.

 

Vasif
 

Seçilən
14
sfera.az

1Mənbələr