AZ

Kəşfiyyat İdarəsində ixtisar aparılır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA - MKİ) yeni direktoru Con Ratkliff qurumdakı işçilərin sayını xeyli azaltmağı planlaşdırır.

Yenisabah.az CBS News-a istinadla xəbər verir ki, CIA sözçüsü bir sıra əməkdaşdan könüllü istefa tələb olunduğunu təsdiqləyib:

“Bu addımlar agentliyi canlandırmaq, yeni liderlərin meydana çıxması üçün imkanlar yaratmaq və MKİ-nin öz missiyasını yerinə yetirmək üçün daha yaxşı mövqe tutmaq üçün hərtərəfli strategiyanın bir hissəsidir”.

“Könüllü olaraq” təqaüdə çıxmaq və ya 8 aylıq əmək haqqı ilə istefa vermək tələb olunduğunu digər mənbələr də bildirib.

ABŞ prezidenti uzun müddətdir ki, kəşfiyyat agentliklərini tənqid və onun yeni MKİ direktoru Retkliff böyük dəyişikliklər vəd edir.

Kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulmuş xüsusi bacarıqlara, o cümlədən xarici dilləri mükəmməl bilən peşəkar işçilər ixtisara məruz qalmır.


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr