AZ

Yunanıstan parlamenti üçüncü dəfə prezidenti seçə bilməyib

Yunanıstan parlamenti səsvermənin üçüncü turunda da ölkə prezidentini seçə bilməyib.

Missiya.Az xəbər verir ki, namizədlərdən heç biri yenidən lazımi səs çoxluğunu qazanmayıb.

Bildirilib ki, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Konstantinos Tasulas əvvəlki iki turda olduğu kimi cəmi 160 səs toplayıb. 

Qeyd olunub ki, üçüncü turda seçilmək üçün ən azı 180 səs toplamaq lazım idi.

Dördüncü tur isə fevralın 12-də keçiriləcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr