AZ

Daha bir ölkə BMT-nin İnsan Hüquqları Şurasından çıxdı

İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasından (UNHRC) çıxdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar UNHRC-ni “Yaxın Şərqdəki yeganə demokratiya olan İsraili vəsvəsə ilə şeytanlaşdırdığını” iddia edərək, antisemit olmaqda ittiham edib.

Saar İsrailin ayrı-seçkiliyə məruz qaldığını iddia edərək şuradan çıxdığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
turkustan.az

1Mənbələr