AZ

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

Tbilisi, 6 fevral, AZƏRTAC

ABŞ-ın Gürcüstandakı səfirliyi, USAID, NED və digər qurumlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Marko Rubionun USAID-in fəaliyyəti ilə bağlı bəyanatını şərh edərkən söyləyib.

Baş nazir yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə, səfirlik, USAID, NED və digər müvafiq qurumlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini bildirib.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
41
2
azertag.az

2Mənbələr