AZ

SOCAR beynəlxalq neft-qaz operatoruna çevrilmə prosesindən keçir

Bakı. Trend:

SOCAR hazırda neft-qaz sektorunda beynəlxalq operatora çevrilməprosesindən keçir və bu prosesin vacib tərəfi rəqəmsaltransformasiyadır.

Trend xəbərverir ki, bunu SOCAR-ın neft və qaz hasilatı sahəsində əməliyyatidarəsinin lay təzyiqi qradiyenti və dağılma məsələləri üzrəkommunikasiya rəhbəri Rauf Nadirov IADC Drilling Caspian 2025konfransı və sərgisində bildirib.

O, etibarlılığın artırılması və yeni karbohidrat yataqlarınınkəşf olunması üçün seysmik-kəşfiyyat qazması işlərində rəqəmsalkeçidin və planlaşdırmanın vacibliyini vurğulayıb. Nadirov qeydedib ki, rəqəmsallaşdırma təkmilləşdirilmiş qaz əməliyyatlarınınayrılmaz hissəsidir.

Onun sözlərinə görə, rəqəmsal keçidə iş proseslərinioptimallaşdırmağa, tapşırıqları avtomatlaşdırmağa, məlumatlarımərkəzləşdirməyə kömək edən və əməkdaşlığa vasitəçilik edənmüxtəlif alətlər və texnologiyalar daxildir. Bu, eyni zamanda, realzamanda informasiya əlçatanlılığını təmin edir, məlumatlar əsasındaqərarlar qəbul etməyə imkan verir və risklərin aktiv şəkildə idarəolunması hesabına təhlükəsizliyi artırır.

"Rəqəmsal həllər bütün həyat dövrü boyu səmərəliliyinartırılmasına və xərclərin azaldılmasına kömək edir. Bu strategiyaçərçivəsində təhlükəsizlik, ətraf mühitin qorunması vəəsaslandırılmış qərarların qəbulu istiqamətində irəliləyişlər əldəedilir ki, bu da sənaye üçün dayanıqlı və rəqabətədavamlı gələcəyinformalaşdırılmasına xidmət edir", - deyə Nadirov bildirib.

Məqalədə:
Seçilən
70
1
az.trend.az

2Mənbələr