AZ

Fransa Ukraynaya “Mirage 2000” qırıcları göndərib

Fransa

Ukraynaya ilk dəfə “Mirage 2000” qırıcısı verilib.

Reyting.az
bildirir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Lekornu Ukraynanın ilk Fransız “Mirage 2000” qırıcılarını qəbul etdiyini açıqlayıb.

“6 iyun 2024-cü ildə Emmanuel Makron “Mirage 2000” təyyarələrinin Ukraynaya göndəriləcəyini elan etdi. Onlardan birincisi bu gün Ukraynaya çatdı. Fransada aylarla təlim keçən ukraynalı pilotlar indi Ukrayna səmasının qorunmasına kömək edəcəklər”, - nazir bildirib.

Lekornu Ukraynaya neçə təyyarənin gəldiyini dəqiqləşdirməyib.

ELÇİN
Seçilən
31
33
reyting.az

10Mənbələr