AZ

İstanbulun mərkəzində restoran yanır

İstanbulun mərkəzində restoran yanır, hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub.

Yerli KİV xəbər verir ki, restoran İstanbulun tarixi Misir bazarının yaxınlığında, Eminönü səmtində yerləşir.

Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.

Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə də məlumat yoxdur.

"Cebheinfo.az"

Seçilən
93
7
cebheinfo.az

8Mənbələr