AZ

Ağdam, Xocalı, Xankəndi və Ağdərədə dövlət və özəl qurumların əməkdaşları minalarla bağlı maarifləndiriliblər

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam, Xocalı, Xankəndi və Ağdərə rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirib.

ANAMA-nın mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib.



Seçilən
24
herbiand.az

1Mənbələr